Taksi sürücüsü gediş haqqını ödəməyən gənclərin təşkil etdiyi əmlaka dəyən ziyanı dayandırmaq üçün travmatik silahdan havaya atəş açıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, fevralın 17-nə keçən gecə Çita şəhərində taksi sürücüsü və onun sərnişini olan iki gəncin iştirakı ilə insident baş verib.
Məlumata görə, taksi sürücüsü bir neçə gənc kişi və qadından ibarət qrupu evə aparırmış.
Ünvana çatanda sərnişinlər pul ödəməkdən imtina ediblər. Onlarla sürücü arasında münaqişə baş verib və qısa zamanda davaya çevrilib.
Taksi sürücüsü bildirib ki, sərnişinlər onu vuraraq maşını zədələməyə cəhd ediblər. Cinayətkarların onun əmlakına ziyan vurmağı dayandırması üçün şəxs travmatik silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Onun hərəkətləri öz bəhrəsini verib. Sərnişinlər qorxaraq, qaçıblar.
Araşdırma aparılır.