Şübhəlini döyüb öldürən polis HAKİM QARŞISINDA
16 fevral 2023 18:46 (UTC +04:00)

Şübhəlini döyüb öldürən polis HAKİM QARŞISINDA

Rusiyanın Krasnoyarsk şəhərində polis şöbəsində 51 yaşlı şübhəlini döyüb 35 yaşlı asayiş keşikçisi məhkəmə qarşısına çıxacaq. 

Lent.az yerli mediaya istinadən bildirir ki, həmin şəxs Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) və 293-cü maddəsinin 2-ci hissəsi (“səhlənkarlıq ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda”) ilə təqsirli bilinir.

İstintaqın məlumatına görə, fevralın 9-da telefon oğurluğunda şübhəli bilinən yerli sakin polis bölməsinə gətirilib. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçmağa çalışıb və pəncərənin ikinci mərtəbəsindən atılıb. Lakin yaxalanıb və döyülüb.

Polis əməkdaşı onun buduna, başına və bədəninin müxtəlif yerlərinə yumruq və təpik zərbələri endirib. Bir müddət sonra zərərçəkmiş dünyasını dəyişib.

Döyülməkdə şübhəli bilinən polis məmuru ev dustaqlığındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar