Subay kişilərin  heyvanxanaya girişinə qadağa qoyuldu
13 fevral 2025 14:17 (UTC +04:00)

Subay kişilərin heyvanxanaya girişinə qadağa qoyuldu

Yaponiyanın şərqindəki Toçiqi prefekturasında yerləşən “Healing Pavilion” zooparkı, qadın ziyarətçilərin təcavüzünə görə subay kişilərə girişi qadağan edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, zooparkın direktoru Misa Mama sosial şəbəkələrdə məhdudiyyəti elan edərək internet istifadəçilərini təəccübləndirib. O qeyd edib ki, açıldığı gündən müəssisəyə əsasən ailələr və ya cütlüklər gəlir. Lakin həm onunla, həm də gələnlərlə yaxınlaşıb söhbət açmağa çalışan subay kişilər də olub.

Zooparkın direktoru ziyarətçilərin flört etdiyini və ya nalayiq ifadələr işlətdiyini bildirib. Misa Mama deyib ki, qonaqları qeyri-münasib davranışlarına görə qovmaqda çətinlik çəkdiyi üçün qadağa tətbiq etməyə məcbur olub.

"Çox çox insan pis niyyətlə gəlirdi və bu, məni əsəbiləşdirirdi" deyə zoopark direktoru bildirib.

İnternet istifadəçilərinin bəziləri Misa Mamanı kişi cinsinə qarşı ayrı-seçkilik etməkdə günahlandırsa da, bəziləri onu dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar