“SpaceX” şirkəti səkkizinci sınaq buraxılışı zamanı “Starship” kosmik gəmisi ilə əlaqəni itirdiyini açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.
Eyni zamanda, “Super Heavy” raket gücləndiricisi uğurla buraxılış meydançasına qayıdıb.
“SpaceX” daha sonra bildirib ki, gəmi orbitə çıxarılarkən parçalanıb.