Şəriətlə idarə olunan Birləşmiş Ərəb Əmirliklərində Yeni il gecəsi tədbiri rekord qırıb.
Lent.az xəbər verir ki, ölkənin paytaxtı Abu Dabidə baş tutan şənlik dünyanın diqqətini özünə cəlb edib.
53 dəqiqədən çox davam edən fişəng atəşfəşanlığı küçələrə rəng qatıb. Əhalisinin çoxu müsəlman olan və şəriətlə idarə olunan ölkənin bu atəşfəşanlıq üçün 12 milyon dollardan çox xərc çəkdiyi bildirilir.
Həmçinin uzun dəqiqələr davam etdiyinə görə atəşfəşanlıq rekordlar kitabına düşüb.