Sabiq deputat Ukraynada həlak oldu
18 fevral 2023 09:36 (UTC +04:00)

Sabiq deputat Ukraynada həlak oldu

0

Vladivostok Dumasının keçmiş deputatı Dmitri Yamşçikov Ukraynada xüsusi əməliyyat zonasında ölüb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə IV çağırış Şəhər Dumasının yerli özünüidarəetmə, asayiş və qanunun aliliyi komitəsinin sədri Mixail Veselov deyib.

Dmitri Yamşçikov 2012-2017-ci illərdə 6 saylı birmandatlı seçki dairəsi üzrə 4-cü çağırış Vladivostok Şəhər Şurasının deputatı olub. Şəhər Duması yanında Gənclər Palatasının işinə də rəhbərlik edib. Daha sonra eks-deputat daxili işlər orqanlarında işləyib və Primorsk diyarının İnvestisiya Agentliyinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2008

Oxşar yazılar