Ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Gürcüstanın Vahid Milli Hərəkat Partiyası (UNM) parlamentdəki fəaliyyətini dayandıraraq fövqəladə rejimə keçdiyini elan edib.
Lent.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu siyasi qüvvənin sədri Levan Xabeişvili deyib.
Bundan əvvəl Tbilisi məhkəməsi səhhətinə görə Saakaşvilinin cəzasını təxirə salmaqdan və azadlığa buraxmaqdan imtina edib.
Xabeişvili hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyasının nümayəndələrinə müraciət edərək, "Sizin qayğısız həyatınız bitdi" deyib.
O qeyd edib ki, eks-prezidentin həyatı təhlükə altında olduğu halda “oyunlara vaxt yoxdur”. Xabeişvili vurğulayıb ki, tezliklə Tbilisi etiraz mərkəzinə çevriləcək və çərşənbə axşamı regionlardan partiya nümayəndələri şəhərə hərəkət planı hazırlamaq üçün gələcəklər.