Saakaşvilinin tərəfdarları  inqilaba çağırışlar   edirlər – İDDİA
10 mart 2023 16:20 (UTC +04:00)

Saakaşvilinin tərəfdarları inqilaba çağırışlar edirlər – İDDİA

Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski bildirib ki, Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş eks-prezident Mixail Saakaşvilinin tərəfdarları ölkəyə “gəncləri inqilabi ssenariyə sövq etmək” üçün gəliblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, Saakaşvilinin gələn tərəfdarları müxalif “Vahid Milli Hərəkat” partiyasının rəhbəri Levan Xabeişvili ilə birgə işləyirlər. Keçmiş prezident bu partiyanın yaradıcısıdır. "Onlar bu gənclik enerjisindən istifadə edərək, bu inqilabi prosesi gündəmdən çıxarmamağa çalışacaqlar", - Volski deyib.

Martın 10-da Gürcüstan parlamenti xarici agentlər haqqında qanunun qəbulunun əleyhinə səs verib və bununla da onu rəsmən ləğv edib. İclas bir neçə dəqiqə davam edib və şərhsiz keçib. 35 deputat qanunun əleyhinə, biri isə lehinə səs verib.

Bundan əvvəl “Vahid Milli Hərəkat” parlamentdə fəaliyyətini dayandırıb, fövqəladə vəziyyətə keçdiyini elan edib və kütləvi etirazlara hazırlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar