Saakaşvili görün nə gündədir? Çətinliklə yeriyir, çarpayıdan yıxılır -VİDEO
12 fevral 2023 14:49 (UTC +04:00)

Saakaşvili görün nə gündədir? Çətinliklə yeriyir, çarpayıdan yıxılır -VİDEO

Amerikanın CNN telekanalı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasında görüntülərini yayımlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yayımlanan kadrlarda Saakaşvilinin çətinliklə yeridiyi və palatada dəfələrlə çarpayıdan yıxıldığı görünür.

Kadrları proqrama keçmiş prezidentin kritik səhhətindən danışan amerikalı hüquqşünas təqdim edib.

Televiziya şirkətinə müsahibə verən hüquqşünas Massimo D'Ancelo bildirir ki, Saakaşvilini mümkün qədər tez müalicəyə keçirmək lazımdır, çünki orqanizmdə geri dönməz proseslərin baş verməsi üçün ciddi risk var.

Həbsdə olan keçmiş prezident Mixail Saakaşvili 2022-ci il mayın 12-dən “Vivamed” klinikasındadır.

Fevralın 6-da Tbilisi şəhər Məhkəməsinin hakimi Georgi Arevadze Mixail Saakaşvilinin vəkillərinin səhhətinə görə cəzanın təxirə salınması və ya cəzadan azad edilməsi barədə vəsatətini təmin etməyib.

Gürcüstan hakimiyyəti Saakaşvilinin ağır vəziyyətdə olduğunu tanımır. Ədliyyə Nazirliyinin nümayəndələri iddia edirlər ki, Saakaşvilinin vəziyyətinin ağır olması ilə bağlı söhbətlər piar kampaniyasının tərkib hissəsidir, o, özünü belə göstərir, Amerika şirkəti isə azadlığa buraxılması məsələsində lobbiçilik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

Oxşar yazılar