Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəməyə videobağlantı vasitəsilə qoşularaq, görünüşü ilə hər kəsi şoka salıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş siyasətçi prosesə "Vivamedi" klinikasından qoşulub və arıqlamaqda davam etdiyini göstərib.
Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində Saakaşvilinin Gürcüstan prezidenti olduğu 2007-ci ilin noyabrında etiraz aksiyasının dağıdılması ilə bağlı işi üzrə məhkəmə prosesi keçirilib.