Ukrayna Rusiyanın işğalı altında olan Donetsk bölgəsinə raket hücumu nəticəsində 400-ə yaxın rus əsgərinin həlak olduğunu iddia edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücum Makeyevka şəhərində Rusiya qüvvələrinin yerləşdiyi güman edilən binanı hədəf alıb.
Ukraynanın açıqladığı rəqəm hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Rusiyayönlü rəsmilər itkiləri etiraf etsə də, açıqlanan rəqəmləri təsdiqləməyib.
Rusiya tərəfindən Donetskin işğal olunmuş ərazilərinə təyin edilmiş yüksək vəzifəli Daniil Bezsonov bildirib ki, raket Makeyevkaya elə yeni il gecəsi düşüb. “Amerikanın MLRS HIMARS raketləri ilə peşə məktəbinə kütləvi hücum olub”, - Bezsonov bildirib.
Bezsonov “Telegram”dakı paylaşımında çoxbarrelli raket sistemi ilə hücuma görə “Ölənlər və yaralılar var, dəqiq sayı hələ məlum deyil” sözlərini əlavə edib.
Bəzi rusiyalı şərhçilər və bloggerlər də hücumu təsdiqləsələr də, rəqəmlərin söylənilən az olduğunu iddia ediblər. Ukrayna ordusunun məlumatına görə, hücum zamanı 300 nəfər də yaralanıb.