Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanına daxil oldu
14 fevral 2023 08:43 (UTC +04:00)

Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanına daxil oldu

0

Fevralın 14-nə keçən gecə Hollandiyanın F-35 qırıcıları Polşanın hava məkanında üç Rusiya hərbi təyyarəsindən ibarət qrupun qarşısını alıb və onları müşayiət edib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” Niderlandın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, təyyarələr Kalininqraddan Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşarkən müşahidə edilib. Məlum olub ki, hava məkanına 2 əsəd Su-27 və 1 ədəd İl-20 təyyarəsi daxil olub. 
Niderlandlı pilotlar aviadəstəni uzaqdan müşayiət edib və sonra müşayiəti NATO tərəfdaşlarına təhvil veriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1932

Oxşar yazılar