Rusiyanın dondurulmuş aktivləri Ukraynaya verilir: 400 milyard dollar...
02 aprel 2022 15:44 (UTC +04:00)

Rusiyanın dondurulmuş aktivləri Ukraynaya verilir: 400 milyard dollar...

“Ukrayna hakimiyyətinin dondurulmuş Rusiya aktivlərindən 400 milyard dollar alacağı gözlənilir”.

Lent.az-ın məlumatına görə, bunu Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko “Ukrayna 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, bu pullar Ukraynanın bərpası üçün nəzərdə tutulan fonda daxil olacaq:
"Bu fond üçün vəsait haradan gələcək: söhbət ilk növbədə Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən dondurulan 300 milyard dollardan gedir. İkinci mənbə Putinin yaxın çevrəsinin dondurulmuş aktivləridir.”, - deyə Ustenko vurğulayıb.

O, əlavə edib ki, ikinci mənbə Kiyevə 100 milyard dollardan çox pul verə bilər və söhbət həm artıq dondurulmuş, həm də gələcəkdə həbs olunacaq aktivlərdən gedir.

Qeyd edək ki, Zelenskinin müşaviri Ukraynanın döyüş əməliyyatlarında yaranan itkilərini trilyon dollar dəyərində qiymətləndirib. 

O xatırladıb ki, martın 15-də baş nazir Denis Şmıqal sözügedən itkiləri 500 milyard civarında dəyərləndirib, lakin dəymiş ziyan eksponensial şəkildə artır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967
avatar

Rəsul SARI

Oxşar yazılar