Rusiyada yaşayış binasında partlayış oldu - 2 ÖLÜ, 6 YARALI  - YENİLƏNİB
11 sentyabr 2021 05:46 (UTC +04:00)

Rusiyada yaşayış binasında partlayış oldu - 2 ÖLÜ, 6 YARALI - YENİLƏNİB

Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində ikimərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş vermiş partlayış zamanı 2 nəfər ölüb, biri uşaq olmaqla 6 nəfər də xəsarət alıb. Ölənlərdən biri yetkin, digəri uşaqdır.

APA xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Moskva vaxtı ilə saat 03:40-a olan məlumata görə, 7 nəfər xəsarət alıb, onlardan biri sonradan ölüb. Bir uşaq da ölmüş vəziyyətdə çıxarılıb. Dağıntılar altında qalacağı ehtimal olunan 2 nəfərin axtarışları davam etdirilir”, - deyə agentliyin məlumatında qeyd olunub.

***

Saat 04:53

Rusiyanın Lipetsk vilayətinin Yelets şəhəri yaxınlığında yaşayış binasında qaz sızması nəticəsində partlayış olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İkimərtəbəli evdə baş verən hadisə zamanı binanın divarı qismən çöküb. Partlayışdan sonra yanğın olmayıb.

Yaşayış binasında məişət qazının partlaması nəticəsində 6 nəfərin xəsarət aldığı deyilir.

“Solidarnost kəndində ikimərtəbəli yaşayış binasında məişət qazı partlayıb. İlkin məlumata görə, 6 nəfər yaralı halda çıxarılıb. Dörd nəfərin dağıntılar altında qaldığı ehtimal olunur, ola bilsin ki, onların arasında iki uşaq da var. Ölənlər haqqında məlumat hələlik daxil olmayıb”, - deyə bölgənin təcili tibbi yardım xidmətinin məlumatında qeyd olunub.

# 1404
avatar

Oxşar yazılar