Rusiyada bir günə 3 zəlzələ  oldu - 5.2 bal
15 fevral 2023 14:02 (UTC +04:00)

Rusiyada bir günə 3 zəlzələ oldu - 5.2 bal

Rusiyada bir gündə 3 zəlzələ olub.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, günün üçüncü zəlzələsi Kamçatkanın şərq sahilləri yaxınlığında baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin regional bölməsinin Telegram kanalında məlumat verilib.

Zəlzələ yerli vaxtla Moskva vaxtı ilə 11:06 qeydə alınıb. Dərinliyi 30.3 km, olan 4.7 ballıq zəlzələnin mərkəzi Ust-Kamçatskdan təxminən 202 kilometr məsafədə qeydə alınıb.

4.8 ballıq ilk zəlzələ bu gün Moskva vaxtı ilə 02:34 baş verib. 5,2 bal gücündə ikinci təkan isə Moskva vaxtı ilə 06:09 baş verib. Təkanlar binaların aşağı mərtəbələrində hiss olunub. 

Zəlzələnin episentri Ust-Kamçatskdan 35 kilometr aralıda quruda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar