Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum etdi
16 fevral 2023 01:04 (UTC +04:00)

 Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum etdi

İranın “Shahed” kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib. 

Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak məlumat verib.

Dronların istifadəsini Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da təsdiqləyib: “Düşmən PUA-ları regionun hava məkanında”.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib. Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar