Rusiya Ukraynanın Qələbə Gününü ləğv etməsinə CAVAB
17 fevral 2023 19:23 (UTC +04:00)

Rusiya Ukraynanın Qələbə Gününü ləğv etməsinə CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın 9 May Qələbə Gününü ləğv etmək təklifinə münasibət bildirib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Ukrayna hakimiyyəti Qərbə yaxınlaşmaq üçün bəzi bayramları ləğv edir:

“Fevral ayı hamımızın birlikdə Vətən Müdafiəçisi Gününü qeyd etdiyimiz ay idisə, indi Ukrayna qadını ilə bağlı bir gün təşkil etməliyik. Kiyev rejimi öz amerikalı və avropalı ağalarına daha yaxın olmaq üçün, prinsipcə, hər şeyə hazırdır, bunun üçün nəyin məhv edilməsinin əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna radasının deputatları 9 May Qələbə, 8 Mart Qadınlar və 1 May Zəhmətkeşlərin Həmrəylik Günlərinin ləğvi üçün təkliflə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4632
avatar

Oxşar yazılar