Polşaya səfəri zamanı ABŞ prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.
Lent.az-ın xəbərinə görə, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.
Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.
“Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son bir ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir”, - Bayden bildirib.
O, ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. Bayden yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.