Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə planlaşdırılan iclasda Rusiyaya qarşı sanksiyaların 10-cu paketinin fevralın 24-dək tətbiq edilməsini, həmçinin Ukraynaya silah tədarükünü artırmaq üçün Avropa Sülh Fondunda islahatları müzakirə edəcəklər.
Lent.az-ın məlumatına görə, görüşdə Ukrayna və Moldovanın xarici işlər nazirləri Dmitri Kuleba və Nikolay Popesku iştirak edəcək. Diplomatlar həmçinin İrana qarşı əlavə sanksiyaların tətbiqini də nəzərdən keçirəcəklər.
Aİ-nin xarici siyasət idarəsindən jurnalistlərə verilənməlumata görə, “sanksiyalar bazar ertəsi təsdiqlənməyəcək, müzakirələr hələ davam edir”.