Restorana gələnlərin yeməyi oğurlandı
01 noyabr 2023 14:02 (UTC +04:00)

Restorana gələnlərin yeməyi oğurlandı

İndoneziyada rusiyalı turist restorana gələnlərin yemək və içkilərini oğurladığı üçün polis tərəfindən yaxalanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, insident Cənubi Kuta bölgəsindəki bir müəssisədə baş verib. Məlumatda saxlanılan 29 yaşlı kişinin həbs zamanı müqavimət göstərdiyi qeyd edilir.

Turist miqrasiya idarəsinə aparılıb və orada sorğu-sual edilib. Polisin əməliyyat idarəsinin rəisi Denis Astikanın sözlərinə görə, araşdırma zamanı saxlanılan şəxsin psixi xəstə olması şübhəsi ortaya çıxıb.

O, hazırda 2022-ci ilin sentyabrında artıq müalicə olunduğu Sanqlah xəstəxanasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar