Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Türkiyə nümayəndəliyi vətəndaşları qan verməyə dəvət edib.
Lent.az-ın xəbərinə görə, bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib.
“Birinci mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var. Lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm” – deyə Kınık bildirib.