Qəzzada ATƏŞKƏS  əldə olundu
15 yanvar 2025 21:07 (UTC +04:00)

Qəzzada ATƏŞKƏS əldə olundu

İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Lent.az xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” mənbəsinə istinadən məlumat yayıb.

“Vasitəçilərin səyləri nəticəsində Qəzzada Fələstin xalqının iztirablarına son qoyacaq razılıq əldə olunub”, - məlumatda deyilir.

"Reuters"in verdiyi məlumata əsasən, hələ rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs, İsrail qoşunlarının Qəzzadan tədricən çıxarılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur.

"Al Jazeera" isə bildirir ki, atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girov azad ediləcək.

Məlumata görə, İsrail 250-yə yaxın fələstinli məhbusu həbsxanalardan azad edəcək və qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çekəcək.

Qeyd edilir ki, razılaşma Birləşmiş Ştatların dəstəyi, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra əldə edilib və yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən bir qədər əvvəl əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3572

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16