Norveçin şimalında qar uçqunu olub.
Lent.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Müxtəlif ərazilərdə baş verən hadisədə 4 nəfər ölüb.
Ölənlər Storslett əyalətinin Tverrel vadisində 40 yaşlı sloveniyalı turist, Qrotnesdalendə norveçli yaşlı cütlük və Kavrinqtinden zirvəsində 30 yaşlı italiyalı turist olub.