Moskvaətrafı Likino-Dulyovodakı mənzillərdən birində üzərində zorakılıq əlamətləri olan 45 yaşlı 1 qadın və 3 uşaq meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə Moskva vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Uşaqlardan ikisi 8, biri isə 2 yaşındadır. Cəsədlərin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.
Vilayət prokurorunun müavinləri Oleq Çerskov və Orexovo-Zuevski şəhər prokuroru Vladimir Busıqın hadisənin baş verdiyi əraziyə gediblər.
Faktla bağlı cinayət işi açılıb.