Qadını və polisləri bıçaqladı
14 fevral 2023 19:47 (UTC +04:00)

Qadını və polisləri bıçaqladı

Rusiyanın Həştərxan şəhərində məhkəmə 38 yaşlı qadını öldürməyə cəhd edən və Daxili İşlər Nazirliyinin əməkdaşına hücum edən 22 yaşlı yerli sakinin işinə baxacaq.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, 2022-ci il oktyabrın 13-də axşam Uritski küçəsində bir gənc tanımadığı şəxsin yanına qaçaraq onu qarnından bıçaqlayıb. O, yaralanın öldüyünü düşünərək, qaçıb.

2022-ci il oktyabrın 15-də cinayət axtarış şöbəsinin rəisi və əməliyyatçısı digər polis əməkdaşlarının müşayiəti ilə həmin şəxsin Valeriya Barsova küçəsindəki mənzilinə axtarışa gəliblər. Təqsirləndirilən şəxs qapını açaraq polislərə bıçaqla xəsarət yetirib. O, həbs edilib.

Faktla bağlı xuliqanlıq məqsədilə adam öldürməyə cəhd, hakimiyyət nümayəndəsinə həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddələri ilə iş başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar