Qadın evləndikdən 4 gün sonra ərini güllələyib öldürdü - FOTO
31 may 2022 19:29 (UTC +04:00)

Qadın evləndikdən 4 gün sonra ərini güllələyib öldürdü - FOTO

ABŞ-ın Texas ştatının Danton şəhərində güllələnmə hadisəsi baş verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə axşam saatlarında 911 xidmətinə məlumat daxil olub.

Bildirilib ki, idarəetmədən çıxaraq yaşayış binasının həyətinə daxil olan pikapda bir kişi güllələnmiş vəziyyətdə tapılıb. Həmin vaxt güllə yarası alan Ceffri Makbraydın həyat yoldaşı 30 yaşlı Amber Rozales də maşında olub.

Hadisə yerinə gələn polis əməkdaşları Makbraydı avtomobildə qarın nahiyəsindən güllə yarası almış halda aşkar ediblər. O, xəstəxanada dünyasını dəyişib. 

Hadisə anında Rozales də təcili yardım xidmətinə zəng edərək ərinin naməlum şəxs tərəfindən güllələndiyini bildirib. Qadın ərinin narkotik almağı planlaşdırdığını iddia edib:

ərim bir adamla danışdı. Sonra pikapı küçədə saxladı. Danışdığı şəxs gələrək Makbraydı güllələdi və silahı maşının içərisinə atıb qaşdı”.

Lakin polis Rozalesin ifadəsini məntiqsiz hesab edərək, təhlükəsizlik kameralarına baxış keçiriblər.

Məlum olub ki, Makbrayd maşını küçə ilə normal sürətlə idarə edib, lakin qəfil idarəetməni itirərək həyətə sürüb. Maşına silahla müdaxilə edən heç kim olmayıb.

Kişini onun arvadı güllə ilə vurduğu ortaya çıxıb. 

Amber Rozales həbs edilib və ona 500 min dollar (32,2 milyon rubl) məbləğində girov təyin edilib.

Bildirilib ki, qətldən dörd gün əvvəl - aprelin 21-də cütlüyün nikahı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar