Beynəlxalq Taekvando Federasiyası Rusiya prezidenti Vladimir Putinin 9-cu dan qara kəmərdən məhrum edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu Ukraynaya qarşı aparılan müharibə ilə əlaqədardır. Bundan başqa Beynəlxalq Taekvando yarışlarında Rusiya və Belarusun bayraqları qaldırılmayacaq. Bu ölkələrdə yarışlar keçirilməyəcək.
Onu da qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası da onu fəxri prezidentlikdən məhrum edib.