“Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə mübarizəyə həsr edilmiş beynəlxalq sammitə hələ dəvət almayıb”.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, bu barədə məlumatsızdır: “Yoxlayacağıq. Təkcə onu deyə bilərəm ki, prezidentlər səviyyəsində heç bir dəvət olmayıb”.
Qeyd edək ki, sözügedən sammit mayın 12-də videokonfrans formatında keçiriləcək.