PROFESSORDAN “DELTA” YANĞISI:  “Söndürmək üçün bir gölə ehtiyac olacaq...”
17 iyul 2021 18:07 (UTC +04:00)

PROFESSORDAN “DELTA” YANĞISI: “Söndürmək üçün bir gölə ehtiyac olacaq...”

“Koronavirusun “Delta” ştammının vaxtında qarşısı alınmasa, reanimasiyalarda yüzlərlə xəstə olacaq”.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin Bar-İlan Universitetinin professoru, immunoloq Siril Koen açıqlamasında deyib.

Mütəxəssis deyib ki, yoluxma sayı azalmır, buna görə də yayılmağın qarşısı alınmasa, vəziyyət daha acınacaqlı olacaq, reanimasiyalarda yüzlərlə xəstə olacaq. 

İmmunoloq Siril Koen

“Hazırda nisbətən zəif tədbirlərlə epidemiyanı dayandıra biləcək mərhələdəyik. Qapanmalar tələb olunmur. Mən bir qədər narahatam, çünki rəqəmlərin yavaş-yavaş, lakin mütləq şəkildə artdığını görürük. Peyvəndlər edilir və yoluxma sürəti azalır, amma bu, “Delta” ştammının yayılmasını dayandıra bilməz”, deyə professor əlavə edib.

S.Koen bildirib ki, qapalı yerlərdə toplantılar məhdudlaşdırılsa, sürətli testlərtətbiq edilsə, nisbətə “Delta”nın qarşısı alınar.

İmmunoloq “Delta”nı güclü yanğına bənzədib: “Delta” ilə mübarizə yanğını söndürməyə çalışmaq kimidir: Gözləyəcəyiksə, yanğını söndürmək üçün bir vedrə suya yox, bir gölə ehtiyacımız olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5421
avatar

Rəsul SARI

Oxşar yazılar