Fransa prezidentliyinə namizəd, sağçı Erik Zemmura təbliğat kampaniyası vaxtı hücum olub.
Lent.az-ın “BFM TV”yə istinadla xəbərinə görə, hadisə Vilpent şəhərində baş verib.
Zemmur tribunaya yaxınlaşarkən tamaşaçılardan biri onun üstünə atılaraq yerə yıxmaq istəyib. Lakin mühafizəçilər həmin şəxsi zaldan çıxarıblar. O, polis nəzarətinə götürülüb.
Fransa polisindəki mənbələrin xəbərinə görə, saxlanılan şəxsin dəfələrlə müxtəlif qanun pozuntularına yol verib.