Polisdən qaçmaq üçün zərərçəkənlərin  sığınacağına girmişdi:  YAXALANDI
14 fevral 2023 09:55 (UTC +04:00)

Polisdən qaçmaq üçün zərərçəkənlərin sığınacağına girmişdi: YAXALANDI

Türkiyədə baş vermiş zəlzələdə dağılan binalara görə məsuliyyət daşıyan 163 şübhəlidən 48-i saxlanılıb, 8-i isə həbs edilib. 

Lent.az xəbər verir ki, şübhəlilər arasında Hatayda dağılan “Tower Apartment”in podratçısı Ömər Cihan da olub. 

Onun axtarışları bir neçə gün davam edib. Sonda məlum olub ki, Ömər Cihan zəlzələdən zərərçəkmiş insanlaın yerləşdirildiyi  oteldə qalıb. O, ailəsi ilə birlikdə ora yerləşib və xaricə qaçmağı planlaşdırıb. Amma polislər onu həmin oteldə yaxalayıb və Manavgat Ədliyyəsinə aparıb. 

Ömər Cihan cavabdeh olduğu 35 yaşayış məntəqəsindən yalnız “Kule” binasının dağıldığını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Sevinc Fərid

Oxşar yazılar