Polis generalı əməliyyatda yaralandı
18 fevral 2023 17:24 (UTC +04:00)

Polis generalı əməliyyatda yaralandı

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn ötən gün iki silahlı şəxs tərəfindən ələ keçirilən gül dükanında girovların azad edilməsi zamanı yüksək rütbəli polisin yaralanması ilə bağlı xəbərləri dolayısı ilə təsdiqləyib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Sergey Kuzminin qolundan güllə yarası alması barədə iddialar dolaşırdı.

Deputat Xinşteyn bu barədə öz Telegram kanalında yazır: “Niyə general Kuzmin cinayətkarların tutulmasında şəxsən iştirak edib. General Kuzminin yaralanmasına, indi kim cavabdeh olacaq?”.

Qeyd edək ki, fevralın 17-də axşam saatlarında Moskvanın Taqanka rayonunda iki silahlı gül mağazasına girərək işçini girov götürüb. Bu barədə satıcılardan biri polisə məlumat verib. Şikayətçinin sözlərinə görə, həmin şəxslər silahla hədələyərək kassadan pul vermələrini tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra hücum edən şəxslər saxlanılıb, girov buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar