Rusiyanın Sankt-Peterburq şəhərində hərbi jurnalist Vladlen Tatarskinin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən parlayışla bağlı istintaqın ilkin ehtimalı məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, ilkin versiyaya görə, partlayıcı qurğu məsafədən işə salınıb. Partlayışın təşəbbüskarının qız olması da ehtimallardan biridir. Qətlin arxasında başqa şəxslərin də olması istisna edilmir.
Vladlen Tatarskiyə sui-qəsdin hazırlanması barədə məlumat Rusiya xüsusi xidmət orqanlarına çoxdan məlum olub. Tatarski həmçinin “Mirotvorets” məlumat bazasına daxil edilib.
Qeyd edək ki, aprelin 2-də axşam saatlarında Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayış olub.
Hadisə nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb. Əldəqayırma partlayıcı qurğunun Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdiriildiyi güman edilir.
Rusiya İstintaq Komitəsi tərəfindən faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.