Pələng meşədə ağac kəsənlərə hücum etdi
30 mart 2023 05:15 (UTC +04:00)

Pələng meşədə ağac kəsənlərə hücum etdi

Xabarovsk diyarında pələng ağac kəsən dəstənin işçisinə hücum edib


Rusiyanın Xabarovsk diyarında pələng kişiyə hücum edib.

Lent.az "Gazeta.ru" ya istinadən xəbər verir ki, hadisə ağac kəsən dəstənin üzvü, Lazo rayonunun Muxen kəndindən 40 kilometr aralıda traktoru təmir edərkən baş verib.

Həmkarları onu ölümdən qurtarıblar.

Zərərçəkmiş travmatik şok, yuxarı və aşağı ətrafların açıq sınığı, döş qəfəsindən xəsarət alıb.

Həkim briqadası onu 1 saylı rayon klinik xəstəxanasına çatdırıb.O, reanimasiyadadır.

Pələng artıq mütəxəssislər tərəfindən tutulub. 

Heyvan reabilitasiya mərkəzindədir - tezliklə Ussuriyskə müayinəyə göndəriləcək.

# 1677
avatar

Oxşar yazılar