İspaniya Parlamentinə böyük ölçülü siçan girib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, spiker Marta Basket çıxış edərkən siçanı gördükdə təşviş içində elə səs çıxarıb ki, deputatlar pərən-pərən düşüb.
Emosiyalarına hakim ola bilməyən xanım spiker sonradan üzr istəyib.
Siçanın tapılaraq zaldan çıxarılması mümkün olub.
Qısamüddətli fasilədən sonra iclas davam edib.