Düsseldorf “Henrix Heine” Universitetinin alimləri müəyyən ediblər ki, parkinson xəstəliyinin əlamətləri görünməzdən əvvəl nəcis analizi ilə proqnozlaşdırmaq olar.
Lent.az xarici mediaya istinadla bildirir ki, REM yuxu davranış pozğunluğu parkinson xəstəliyini göstərə bilən bir vəziyyətdir. Eyni zamanda, xəstə canlı və narahat yuxular görür, həm də özü və yaxınları üçün təhlükəli ola biləcək mürəkkəb hərəkətlər edir.
Alimlər “α-sinuklein” zülal aqreqatlarının kəmiyyətini təyin etmək üçün yeni analiz hazırlayıblar. Onlar parkinsonun bir çox hallarda “α-sinuklein” aqreqatları üçün nəcisin analizi ilə aşkar oluna biləcəyini nümayiş etdiriblər. Gələcəkdə onların kəşfi simptomlar görünməzdən əvvəl erkən müalicəyə imkan verəcək, lakin bunun üçün daha çox araşdırmaya ehtiyac var.
Tədqiqat dolayısı ilə fərziyyəni dəstəkləyir ki, 30 faiz hallarda parkinson xəstəliyi bağırsaq sinir sisteminin hüceyrələrində sinuklein zülallarının aqreqatlarının əmələ gəlməsi ilə başlayır və sonradan mərkəzi sinir sisteminə daxil olur və simptomlar yaradır.