Meşədə təxminən 200 kq ağırlığında nəhəng ilanın cəsədi tapılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, nəhəng anakonda elm adamları tərəfindən kəşf edildikdən cəmi bir ay sonra öldürülüb.
Fevralın sonunda Amazon meşəliyində bioloqlar “Ana Julia” adlandırdıqları nəhəng yaşıl anakondaya rast gəliblər. Təəssüf ki, o, bir ay sonra faciəli aqibətlə üzləşməli olub.
Uzunluğu təxminən 8 metr və çəkisi 200 kiloqram olub. Əlavə araşdırmalar göstərib ki, “Ana Julia” növün digər üzvləri ilə müqayisədə DNT-də 5,5 faiz fərqlə yeni anakonda növüdür.
Onun cəsədi Braziliyanın cənubundakı Bonito kəndindəki Formosa çayında tapılıb. Heyvanın yerli ovçular tərəfindən vurulduğu güman edilir.