11 il əvvəl ABŞ-ın prezidentindən müsahibə alan jurnalist Deymon Uiver 23 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun bacısı məlumat yayıb. Onun ölümünün təbii səbəbdən baş verdiyi bildirilir.
Uiver 2009-cu ilin avqust ayında məktəbdə oxuyanda Barak Obamadan müsahibə alıb. Obama ilə söhbət 10 dəqiqəyə yaxın davam edib, məktəbli 12 sual verib. Onun suallarının çoxu təhsil və məktəblə bağlı olub.
Bu, Uiverin tanınmış şəxsiyyətlərdən müsahibə aldığı ilk fakt deyil. Məktəbli o vaxtkı vitse-prezident Co Bayden, populyar televiziya aparıcısı Opra Uinfri və basketbolçu Dueyn Ueyddən də söhbət edib.