Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov nüvə müharibəsi zamanı 14 övladının ölümünə hazır olduğunu bildirib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, bütün ailəsinin nüvə müharibəsində ölməsinə hazır olduğunu qeyd edib:
“8-i oğlan olmaqla 14 uşağım var. Nüvə müharibəsinə və hamımızın ölməsinə hazıram”.
O, nüvə müharibəsindən “bir zərrə belə” qorxmadığını vurğulayıb.
“Biz qalib gəlib məhv edəcəyik və NATO, Aİ və ABŞ-a bu həyatda heç nə görmədiklərini göstərəcəyik. Rusiya həmişə güclü dövlət olub, rus cəmiyyəti yenə də birləşib. Bu gün də buna doğru gedirik, prezident yüz faiz şəksiz düzgün siyasət aparır. Ona görə də mən sakitəm”, - Kadırov bildirib.