Niyə, Almaniya? Yenə, Almaniya?
29 mart 2021 18:54 (UTC +04:00)

Niyə, Almaniya? Yenə, Almaniya?

Əslində, Almaniyanın, alman mediasının Azərbaycana qarşı bütöv və mütəşəkkil, qərəzli, heç bir sivil dəyərlərə uyğun olmayan, heç bir məntiqə sığmayan kampaniya aparması zaman-zaman baş verib.  Və ən maraqlısı odur ki, bu kampaniyanın olunan təşkilatçıları arasında ilk şübhəlilər Almaniyanın hakimiyyət orqanlarının özüdür. Adi bir misal: Azərbaycanda olan xarici diplomatların Gəncəyə, sonra isə azad olunmuş ərazilərə səfərləri təşkil olunanda bir nəfər hər dəfə nümayişkaranə şəkildə imtina edib. Söhbət Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maninqdən gedir. Görünür, ona rəsmi Berlindən məhz belə tapşırıq verilib.

 

Azərbaycan cəmiyyətində Almaniyaya normal münasibət mövcuddur. Hökumətin də heç bir problemi yoxdur. Təsəvvür edin, Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edir və bu göstərici Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin  böyük əksəriyyətini  təşkil edir. Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı hər zaman Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Bir sözlə, normal əməkdaşlıq etmək üçün heç bir maneə yoxdur. O üzdən, Almaniyanın Azərbaycana münasibətdə bu cür davranışı anlaşılan deyil.

Azərbaycan hakimiyyəti hər zaman Almaniya ilə normal münasibətlərin qurulmasında maraqlı olub. Almaniyanın Azərbaycanın Avrointeqrasiya prosesinə mane olması ölkəmizə qarşı qərəzli mövqeyindən irəli gəlir. Azərbaycan üçün Avroatlantik məkana inteqrasiya və Avropa Birliyi ilə qarşılıqılı faydalı əməkdaşlıq maraq kəsb edir.

 

Amma son illər, xüsusilə keçən il 44 günlük Vətən müharibəsi zamanı və sonrası Almaniyanın Azərbaycana münasibətdə fərqli yanaşmasının şahidi oluruq.  Politoloq Nəzakət Hacıyevanın fikrincə, Almaniyada, kiçik olmasına baxmayaraq, son illər ictimai və siyasi proseslərə geniş təsir imkanları əldə etmiş, mediada və siyasi dairələrdə təmsil olunan ermənilərin Almaniya-Azərbyacan münasibətlərinin pozulması üçün  səfərbər olması diqqəti çəkir və buna görə də alman mediasında Türkiyə və  Azərbaycana qarşı hücumlar təşkil  olunur. “Almaniyada ölkə rəsmilərinin əsassız açıqlamaları  və Alman mətbuatında əsassız ittiham materiallarının yayılması bizdə Almaniyanın 44 günlük Vətən müharibəsi döyüşlərində Azərbaycan ordusunun qalibiyyətini həzm edə bilməməsi əminliyini yaradır. Xüsusilə 10 noyabr birgə bəyanatının imzalanmasından sonra Almaniyanın davranışları bir sıra suallara səbəb oldu. Maraqlıdır,  Almaniya Cənubi Qafqazda ən böyük ticari tərəfdaşı olan, Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından niyə narahat olub? Gürcüstanda fəaliyyət göstərən Alman fondları niyə Azərbaycan əleyhinə fəal kampaniya aparır? Almaniya niyə Azərbaycanın NATO və Aİ ilə əlaqələrinin inkişafına mane olmağa çalışır? Almaniya niyə Azərbaycanın NATO və Aİ ilə əlaqələrinin inkişafına mane olmağa çalışır? Fikirləşirəm ki, azad etdiyimiz torpaqlara səfər edib, oradakı dağıntıları öz gözü ilə görüb şahidlik etmək istəməyən Almaniyanın ölkəmizdəki  səfiri Azərbaycan cəmiyyətini narahat edən bu suallara cavab verməlidir”.

 

Rusiyalı politoloq Sergey Markov isə mediaya verdiyi açıqlamasında maraqlı bir məqama toxunur. Onun fikrincə Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir. “Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Fransa Azərbaycana qarşı olduqca sərt mövqe sərgiləyən zaman Almaniya siyasətçiləri və mediası da onları dəstəkləməyə başladı”.

Markovun fikrincə, Almaniyanın Azərbaycana qarşı belə münasibəti həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Sitat: “Həm Fransada, həm də Almaniyada “anti-Ərdoğan” siyasəti mövcuddur, bu, bəzən “anti-İslam” siyasətinə də çevrilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2926

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15