Moskva sakini polisə bildirib ki, pravoslav məktəbi müəllimi onun 16 yaşlı qızına sataşıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 44 yaşlı rusiyalı qadın Yelizaveta Gimnaziyasının 33 yaşlı müəllimini pedofiliyada ittiham edib. Ananın sözlərinə görə, kişi artıq bir neçə ildir qızı ilə “romantik” münasibətdədir.
Məktəbli qız faktı tamamilə təkzib etsə də, şikayətlərdən sonra müəllim gimnaziyadan qovulub. Bir müddət məktəbli ilə müəllim görüşməyib.
Polisə gələn qadın keçmiş müəllimin qızını evlərinin qarşısındakı skamyada necə öpdüyünü gördüyünü deyib. Eyni zamanda qızın özü öpüşmədiklərini, sadəcə qucaqlaşdıqlarını bildirib.