Moskvanın Volqoqradski prospektində faciəvi ölüm qeydə alınıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü iki dost arasında mübahisə baş verib. Məsələni həll etmək üçün 18 mərtəbəli binanın damına çıxıblar. Sonradan mübahisə davaya çevrilib və dostlardan biri digərini binadan atıb.
Kişi hadisə yerində keçinib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.