Mourinyonun cəzası iki oyuna  endirildi
01 mart 2025 04:08 (UTC +04:00)

Mourinyonun cəzası iki oyuna endirildi

Türkiyə Futbol Federasiyasında İntizam Komitəsinin iclası keçirilib.

Lent.az xəbər verir ki, yığıncaqda "Qalatasaray"ın baş məşqçisi Okan Buruk və "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonun cəzaları müzakirə olunub.

Nəticədə türkiyəli mütəxəssisin cəzası təsdiqlənib. O, komandasının bir oyununu buraxmalı olacaq. Buruka verilən 1.5 milyon türk lirəsi cəriməsi 500 minə endirilib.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun cəzası da yüngülləşdirilib. Hakimə qarşı qeyri-idman hərəkəti edən mütəxəssisin cəzası 4 matçdan 2 oyuna endirilib.

Portuqaliyalının 117 min lirəlik cəriməsi də 58 min olaraq dəyişdirilib. O, rəqib komandanın feyr-pley anlayışına və idman əxlaqına sərt sözlər dediyi üçün də əlavə olaraq 500 min lirə ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı 0:0 hesabı ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar

Zelenski ABŞ-dan İngiltərəyə  getdi

Zelenski ABŞ-dan İngiltərəyə getdi

1 mart 2025 , 11:40
PKK-dan atəşkəs ELANI:  silahı yerə qoyurlar

PKK-dan atəşkəs ELANI: silahı yerə qoyurlar

1 mart 2025 , 09:58
İndoneziyada güclü zəlzələ

İndoneziyada güclü zəlzələ

1 mart 2025 , 07:32
Dünyanın ilk kriptovalyuta sammiti  bu ölkədə keçiriləcək

Dünyanın ilk kriptovalyuta sammiti bu ölkədə keçiriləcək

1 mart 2025 , 06:27
Tramp-Zelenski mübahisəsinin  tam mətni - VİDEO

Tramp-Zelenski mübahisəsinin tam mətni - VİDEO

1 mart 2025 , 01:15
Ukraynalı səfir Tramp-Zelenski  mübahisəsindən dəhşətə gəldi - VİDEO

Ukraynalı səfir Tramp-Zelenski mübahisəsindən dəhşətə gəldi - VİDEO

28 fevral 2025 , 23:08
Tramp Zelenski ilə görüşdü-VİDEO

Tramp Zelenski ilə görüşdü-VİDEO

28 fevral 2025 , 20:32
"Qanuni oğru"nun oğlu müharibədə öldü

"Qanuni oğru"nun oğlu müharibədə öldü

28 fevral 2025 , 16:49