Möcüzənin şəkli:  94 saat sonra gəzərək dağıntılardan çıxdı
10 fevral 2023 10:10 (UTC +04:00)

Möcüzənin şəkli: 94 saat sonra gəzərək dağıntılardan çıxdı

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş dağıdıcı zəlzələnin üstündən 4 gün keçməsinə baxmayaraq ümidli xəbərlər gəlməyə davam edir.

Lent.az xəbər verir ki, bu dəfə Qaziantepdə 94 saat sonra 17 yaşlı gənc xilas edilib. Hətta o, dağıntıların altından gəzərək özü çıxıb.

Məlumata görə, Adnan Muhammed Qorqud adlı yeniyetmə 4 gündən çoxdur ki, zirzəmidə bir masanın altında dayanaraq xilas edilməyi gözləyib.

Oğlunun sağ olduğunu eşidən və günlərdir dağıntıların arasından ayrılmayan ata Mehmet Qorqud, bu müjdəni alan kimi orada səcdə edərək dua edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Sevinc Fərid

Oxşar yazılar