Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışına artıq bir neçə min əcnəbi reaksiya verib.
Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
O bildirib ki, Rusiyaya qarşı vuruşmaq üçün beynəlmiləl legionun yaradılması effekt verib.
Malyar minlərlə əcnəbinin bu legiona qatılmaq istədiyini qeyd edib.