Metroda insident: 30 sərnişin yaralandı
14 dekabr 2023 21:17 (UTC +04:00)

Metroda insident: 30 sərnişin yaralandı

Pekin metrosunda baş verən insident nəticəsində 30-dan çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, şaxtalı havanın hökm sürdüyü dekabrın 14-də yerli vaxtla axşam saat 7 radələrində metronun Çanpin xəttinin yerüstü hissəsində hərəkətdə olan qatarın son iki vaqonu qatardan ayrılıb. Fövqəladə hallar, tibb və nəqliyyatda hərəkətə nəzarət briqadaları dərhal hadisə yerinə cəlb olunub. Sərnişinlər qatardan təxliyə edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Pekin metrosunun Çanpin xətti şəhər mərkəzini Çanpin rayonu ilə birləşdirir və bu marşrutla gündə orta hesabla 400 min sərnişin daşınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4470
avatar

Oxşar yazılar