Məşhur aktyor 62 kilodan çox  metamfetaminlə tutuldu
18 dekabr 2024 15:52 (UTC +04:00)

Məşhur aktyor 62 kilodan çox metamfetaminlə tutuldu

Aktyor Djarin Touney 12,5 milyon dollar dəyərində metamfetamin saxladığına görə həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2023-cü ildə Çinin qaçaqmalçılıqla mübarizə aparan hüquq-mühafizə orqanları içərisində 112 kq metamfetamin olan avtomobili ələ keçirib. Onlar narkotikləri gizli şəkildə aşkar edərək, Avstraliya səlahiyyətlilərinə məlumat veriblər.

İyul ayında narkotiklər Sidneyin qərbindəki anbara göndərilib və burada yükün qablaşdırılması üçün Tauniyə 50.000 dollar ödənilib. Avstraliya polisi daha sonra anbara basqın edib və maşında gizli bölmədə gizlədilən daha 62,4 kq metamfetamin aşkar edib. Anbarda gizli narkotik laboratoriyası da aşkar edilib.

Djarin Touneyin evindən 67,5 qram kokain və 29 min dollar dəyərində digər narkotik vasitələr tapılıb. Müstəntiqlərə görə, keçmiş aktyordan narkotiklərin “test partiyasını” satması və “həftə sonu üçün bir az götürməsi” tələb olunub.

25 yaşlı aktyor Djarin Touney narkotik saxlamaqda, eləcə də insan alveri üçün uyğun miqdarda nəzarət edilən maddənin tədarükündə iki dəfə günahını etiraf edib. O, yeddi il doqquz ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, aktyor Mel Gibsonun "Hacksaw Ridge" filmindəki rolu ilə məşhurlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2434

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09