ABŞ-nin Ayova ştatında təhsil ocaqlarının birində baş verən atışmada 2 şagird həlak olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“İki şagird ölüb, məktəbin bir əməkdaşı yaralanıb və əməliyyatdadır”, - jurnalistlərə çavuş Pol Paritesk deyib.
Bildirilib ki, faktla bağlı 3 şübhəli saxlanılıb.