Meksikada San-Xuan çayı məcrasından çıxdı: 2.4 mindən çox insanı...
02 oktyabr 2021 03:19 (UTC +04:00)

Meksikada San-Xuan çayı məcrasından çıxdı: 2.4 mindən çox insanı...

Meksikanın mərkəzində, Keretaro ştatının San-Juan del Rio və Tekiskyapan rayonlarında baş verən güclü daşqın nəticəsində 2.4 mindən çox sakin xilasedicilər tərəfindən təxliyə edilib.

APA xəbər verir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.

Bölgəyə yağan güclü yağışlar San-Xuan çayının məcrasından çıxmasına səbəb olub. Ölən və  yaralılar haqda məlumat verilməyib. Həmçinin, dəymiş maddi ziyanın təxmini miqdarı hələ müəyyən edilməyib. Bölgədə maksimum təbii fəlakət səviyyəsi elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642

Oxşar yazılar