Yataqdan sürüyüb çıxarıblar  - Maduro və arvadı yatdıqları yerdə  TUTULUB
03 yanvar 2026 18:43 (UTC +04:00)

Yataqdan sürüyüb çıxarıblar - Maduro və arvadı yatdıqları yerdə TUTULUB

1

Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin ələ keçirilməsi əməliyyatı nümayişkaranə şəkildə alçaldıcı xarakter daşıyıb.

Lent.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ-ın elit döyüşçüləri prezident və onun həyat yoldaşını birbaşa yataq otağından zorla çıxarıblar.

Bildirilir ki, cütlük gecəyarı yatdıqları yerdə tamamilə gözlənilmədən yaxalanıb.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ABŞ xüsusi təyinatlıları tərəfindən saxlanılaraq, Birləşmiş Ştatlara aparılıb. Burada onlara qarşı narkoterrorizm ittihamı irəli sürülüb. İddialara görə, Maduronu ömürlük həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1956

Oxşar yazılar